Ukraynaya qarşı döyüşən Şimali koreyalılar cəbhədən qaçdılar

Rusiyanın Şimali Koreya vətəndaşlarından ibarət yaratdığı “xüsusi Buryat batalyonu”ndan olan 18 hərbçi qaçıb.

Oct 15, 2024 - 17:30
Ukraynaya qarşı döyüşən Şimali koreyalılar cəbhədən qaçdılar

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Şimali Koreyadan olan 18 hərbçi Rusiya Federasiyasının Bryansk və Kursk vilayətlərinin sərhədindəki mövqelərində yerləşdirilibmiş.

Mənbələr bildiriblər ki, hadisə Ukrayna ilə dövlət sərhədindən 7 kilometr aralıda baş verib. Rusiya ordusu artıq fərariləri axtarmağa başlayıb, onların qaçmasının motivi məlum deyil.

Şimali Koreya vətəndaşlarından ibarət “xüsusi Buryat batalyonu”nun təxmini sayının 3000 nəfərə qədər olduğu vurğulanıb.

Xatirə SADİQ