"Qarabağ"-"Kopenhagen" matçı türk hakimə tapşırıldı 

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda baş tutacaq olan "Qarabağ"-"Kopenhagen" matçının hakimləri bəlli olub.

Sep 29, 2025 - 14:06
"Qarabağ"-"Kopenhagen" matçı türk hakimə tapşırıldı 

SAVASHMEDİA.az xəbər verir ki, təmsilçimiz üçün vacib oyunun idarəsi əslən türk olan niderlandlı hakim Serdar Gözübüyükə həvalə olunub.

Ona Ervin Zeinstra və Patrik İnia kömək edəcəklər. 4-cü hakim isə Yannik Van Der Laandır.

Xatırladaq ki, "Qarabağ"-"Kopenhagen" qarşılaşması oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.

Səlcuq