Nazir onlara yüksək vəzifə verdi 

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna iki prorektor təyin edilib. 

Sep 29, 2025 - 14:18
Nazir onlara yüksək vəzifə verdi 

SAVASHMEDİA.az qaynarinfo-ya istinadən bildirir ki, Rzayeva Adilə Cəlal qızı Təlim-tərbiyə işləri üzrə, Hüseynli  Akif oğlu Beynəlxalq əlaqələr üzrə prorektor təyin olunub.

Bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Adilə Rzayeva Bakı Dəmir Yolu Xəstəxanası baş həkimin müavini, ixtisasca stomatoloq Rüfət Hüseynli isə Tibb Universitetinin ortopedik stomatologiya fakültəsinin dosentidir.

Xatırladaq ki, Nazim Pənahov 7 iyul 2025-ci il tarixli sərəncamla Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru  təyin olunub.