"300 milyon versələr də, satmayacağıq" - “Bayern”dən “Real”a SƏRT MESAJ

“Bayern”in rəhbərliyi fransalı futbolçu Maykl Olisenin mümkün transferi ilə bağlı mövqeyini açıqlayıb.

Nov 19, 2026 - 18:13
"300 milyon versələr də, satmayacağıq" - “Bayern”dən “Real”a SƏRT MESAJ

SAVASHMEDİA.az xəbər verir ki, klubun prezidenti Herbert Hainer hətta 250-300 milyon avroluq təklif gəlsə belə, 24 yaşlı hücumçunu satmaq niyyətində olmadıqlarını bildirib.

Hainer “T-online” nəşrinə müsahibəsində “Biz futbolçu satan deyil, alan klubuq” deyərək, qərar verərkən yalnız maliyyə məsələlərinin nəzərə alınmadığını vurğulayıb.

O, “Real”ın prezidenti Florentino Pereslə də Olise barədə danışdıqlarını açıqlayıb. Peres ona Madrid klubunun nə futbolçunun özü, nə də agenti ilə transfer danışıqları apardığını deyib.

Maykl Olisenin “Bayern”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Almaniya klubu fransalı futbolçunun komandada uzun müddət qalmasını istəyir.

Aytən