Mixail Mudrik dopinq qalmaqalından DANIŞDI
Ukraynalı futbolçu Mixail Mudrik dopinq qalmaqalı səbəbindən futboldan uzaq qaldığı dövrdə yaşadıqlarından danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, hazırda icarə əsasında “Tottenhem”də çıxış edən, müqavilə ilə “Çelsi”yə məxsus olan 25 yaşlı vinger müdafiəsinə milyonlarla funt sterlinq xərclədiyini bildirib.
Mudrik Ukraynanın “Guest of Gordon” adlı YouTube kanalına müsahibəsində qadağan olunmuş meldonium maddəsinin orqanizminə Ukrayna millisinin düşərgəsində düşdüyünü iddia edib. O, Ukrayna Futbol Assosiasiyasını (UAF) da ona kifayət qədər dəstək göstərməməkdə ittiham edib.
Futbolçunun sözlərinə görə, dopinq işi ilə bağlı vəkillərə milyonlarla funt sterlinq ödəyib. Bundan başqa, klubun məşq bazasından istifadə edə bilmədiyi müddətdə fərdi məşqlərə, meydança icarəsinə və fizioterapiyaya da böyük vəsait xərcləyib.
Xatırladaq ki, Mudrik 2024-cü ilin sonunda meldoniumla bağlı müsbət dopinq testindən sonra futboldan kənarlaşdırılmışdı. İngiltərə Futbol Assosiasiyası əvvəlcə ona dördillik cəza vermişdi. Lakin 2026-cı ilin iyulunda Ümumdünya Antidopinq Agentliyinin razılığı ilə apellyasiya prosesi razılaşma əsasında başa çatıb. Futbolçu antidopinq qaydalarını pozduğunu qəbul edib və artıq çəkdiyi müddətə bərabər diskvalifikasiya ilə kifayətlənib. Bundan sonra onun meydana qayıtmasına icazə verilib.
Aytən