Portuqaliyalı jurnalistlərdən Qurban Qurbanova hörmətsizlik

Xəbər verdiyimiz kimi, "Qarabağ" bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika”nın qonağı olacaq.

Sep 16, 2025 - 00:37
Portuqaliyalı jurnalistlərdən Qurban Qurbanova hörmətsizlik

Qarşılaşmadan öncə Portuqaliyada təşkil edilən mətbuat konfransında Qurban Qurbanov komandanın hazırlıq səviyyəsi və qarşıdakı oyunla bağlı fikirlərini səsləndirib.

SAVASHMEDİA.az xəbər verir ki, Qurban Qurbanov portuqaliyalı jurnalistlərin qarşısına "Qarabağ"ın əvvəllər Portuqaliya klublarında çıxış etmiş braziliyalı futbolçusu Kadi Borgeslə bərabər çıxıb.  

Maraqlısı odur ki, portuqaliyalı jurnalistlər Qurban Qurbanovla ümumiyyətlə maraqlanmayıb. Onlar "Qarabağ"ın baş məşqçisinə sual belə verməyiblər.

Onların diqqətini isə daha çox Kadi çəkib. Mətbuat konfransı zamanı bütün suallar baş məşqçiyə yox, ona yönləndirilib.

Xatırladaq ki, Kadi Borger vaxtilə Portuqaliyanın "Estoril" və "UD Vilafranquense" klublarında forma geyinib.

Oğuz