Polşa prezidentinin iqamətgahı hədəfə alındı - Rusiya PUA-ları

Polşada hökumət binaları və prezident iqamətgahı üzərində pilotsuz uçuş aparatı zərərsizləşdirilib. 

Sep 15, 2025 - 22:59
Polşa prezidentinin iqamətgahı hədəfə alındı - Rusiya PUA-ları

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat verib.

Tuskun sözlərinə görə, Polşa Dövlət Təhlükəsizlik Xidməti bu gün Parkova küçəsindəki hökumət binaları və Polşa prezidentinin iqamətgahlarından biri olan Belveder sarayı üzərində pilotsuz uçuş aparatı zərərsizləşdirib.

"İki Belarus vətəndaşı saxlanılıb. Polis hadisənin başvermə şəraitini araşdırır", - Polşanın baş naziri təfərrüatları açıqlamayıb.

Hadisə ötən həftə Belarusdan havaya qalxan iyirmi rus pilotsuz təyyarəsinin Polşanın hava məkanını pozmasından sonra üzə çıxıb.

Buna cavab olaraq NATO-nun baş katibi Mark Rutte bildirib ki, Şimali Atlantika Alyansı Şərqi Qvardiya adlı əməliyyata başlamaq qərarına gəlib.

Oğuz