"Oyuna hazırlaşa bilməmişik" - Qurban Qurbanov
“Burada olmaq bizim üçün çox xoşdur”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyada “Benfika” ilə keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin I tur oyunundna öncə mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis oyuna istədikləri kimi hazırlaşa bilmədiklərini söyləyib: “Hər bir halda yetərincə təcrübəmiz var, inanıram ki, futbolçular özlərinin ən yaxşı oyunlarını oynayacaqlar. Burada çıxış etmək hər birinin arzusu idi”.