Mourinyunun köməkçisi dünyasını dəyişdi

"Portu", "Çelsi", "İnter", "Real" və "Mançester Yunayted"də Joze Mourinyonun köməkçisi kimi çalışmış Silvinu Louru dünyasını dəyişib.

Mar 20, 2026 - 17:40
Mourinyunun köməkçisi dünyasını dəyişdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Portu"nun mətbuat xidməti yayıb. 

Mütəxəssis 67 yaşında vəfat edib. 

Silviniu Louru 1983--1997-ci illərdə Portuqaliya millisinin formasını geyinib. Sabiq qapıçı komanda ilə 23 matça çıxıb. Məşqçi kimi onun son klubu isə 2021-ci ilin noyabrında ayrıldığı Sudan "Əl-Hilal"ı olub.

Səlcuq