Milliyə qayıtması üçün Messiyə məktub yazmışdı - Vida mərasimində AĞLADI + VİDEO

Bütün zamanların ən yaxşı futbolçusu Lionel Messi Argentina millisində son oyununu keçirib.

Oct 7, 2026 - 16:27
Oct 7, 2026 - 16:38
Milliyə qayıtması üçün Messiyə məktub yazmışdı - Vida mərasimində AĞLADI + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, Lionel Messi matçdan sonra onun üçün təşkil olunmuş vida mərasimində nitq söyləyib.

Ulduz futbolçunun vida nitqi həm azarkeşlərə, həm də komanda yoldaşları və məşqçilər heyətinə həssas anlar yaşadıb.

Messi həm kövrəlib, həm də kövrəldib. Komanda yoldaşlarından Enzo Fernandes göz yaşlarını saxlaya bilməyib. O, Messinin çıxışının əvvəlindən sonuna qədər ağlayıb.

Qeyd edək ki, Enzo Fernandes 15 yaşında olarkən Messiyə məktub yazıb. Bu, Argentina millisinin silsilə (2014-cü il Dünya Çempionatı finalı, 2015, 2016-ci illər Amerika Çempionatı finalları) uğursuzluqları səbəbindən tənqidlər fonunda Messinin milli komandadan getdiyini elan etməsindən (2016, iyun) sonra olub. Enzo məktubda Messidən bütün argentinalıların adından üzr istəyib, onu dünyanın ən yaxşısı olduğunu unutmamağa və mümkünsə, Argentina millisinə qayıtmağa çağırıb. L. Messi 2016-cı ilin avqust ayında yenidən milli komandaya qayıdıb.

Xatırladaq ki, Lionel Messinin milli komanda ilə "Son tanqo" adlandırılan matçı bu gecə baş tutub. Buenos-Ayresdə Benin millisinə qarşı keçirilən yoldaşlıq oyunu Messinin yığmadakı 208-ci matçı olub. Ulduz futbolçu oyunda 126-cı və son qolunu vurub. Messi oyunda vurulan digər iki qolun da asistini edib.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)

Fotolarda: Enzo Fernandes