Ronaldo Messinin adını eşidən kimi elə hərəkət etdi ki... - Həmin VİDEO
Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo Lionel Messi ilə bağlı verilən suala maraqlı reaksiya verib.
SAVASHMEDİA.az xəbər verir ki, olay DÇ-2026-nın qrup mərhələsində Portuqaliyanın Özbəkistan üzərində 5:0 hesablı qələbəsindən sonra yaşanıb.
Matçdan sonra jurnalistlər Ronaldodan Lionel Messinin Argentina millisinin heyətində dünya çempionatlarında vurduğu qollarla bağlı sual versə də, təcrübəli futbolçu sualın sonunu gözləməyib.
Ronaldo jurnalistin sözünü yarımçıq kəsərək "Next question" ("Növbəti sual") cavabını verib və başqa mövzuya keçilməsini istəyib.
Bu anın videosu qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. Görüntülər azarkeşlər arasında müxtəlif reaksiyalar doğurub.
Aytən
Həmin görüntüləri təqdim edirik: