Qanalı cadugərin dediyi oldu - Keyn ovsunlanmışdı, İngiltərə büdrədi

Qanalı məşhur cadugər Nana Kvaku Bonsam İngiltərə millisi ilə Qana yığması arasında keçiriləcək qarşılaşmadan öncə açıqlaması ilə gündəmə gəlmişdi.

Jun 24, 2026 - 02:11
Qanalı cadugərin dediyi oldu - Keyn ovsunlanmışdı, İngiltərə büdrədi

SAVASHMEDİA.az xatırladır ki, o, İngiltərə millisinin hücumçusu Harri Keyn üzərində xüsusi “ayinlər” apardığını və onu ovsunladığını demişdi.

Qanalı cadugər Keynin ölkəsinin millisinə qarşı təhlükəli ola biləcəyini öncədən gördüyünü və buna görə də “müdaxilə” etdiyini demişdi. Onun sözlərinə görə, məqsədi futbolçunu zədələmək deyil, sadəcə performansını zəiflətmək olacaq.

“Harri Keyn üzərində işləyirəm. Daha əvvəl də nəyə qadir olduğumu göstərmişəm. Onun ciddi zədə almasını istəmirəm, amma Qanaya qarşı oyunda təsirli olmasının qarşısını alacağam”, - cadugər matçdan öncə demişdi.

Maraqlıdır ki, sözügedən matç gözləntilərin əksinə olaraq İlgiltərə millisinin qələbəsi ilə başa çatmadı. Bütün bukmekerlərin birmənalı olaraq aşkar fovorit göstərdiyi İngiltərə millisi 90 dəqiqə ərzində Qananın müdafiə xəttini yara bilməyib və oyun 0:0 hesabı ilə yekunlaşıb.

Oğuz