Korrupsiya xəbərçilərinə 10 min, bu iş üstündə öldürülənlərə isə... - MƏBLƏĞLƏR 

Azərbaycanda korrupsiya barədə məlumat verən şəxslərin mükafatlandırılması ilə bağlı yeni qaydalar təklif edilir.

Oct 7, 2026 - 14:18
Korrupsiya xəbərçilərinə 10 min, bu iş üstündə öldürülənlərə isə... - MƏBLƏĞLƏR 

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı yeni qanun layihəsi Milli Məclisin komitələrinin birgə iclasında müzakirə olunub.

Korrupsiya ilə bağlı məlumat təsdiqlənərsə, onu təqdim edən şəxsə minimum əməkhaqqının 25 mislinədək maddi mükafat verilə bilər.

Hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manat olduğundan, mükafatın maksimum məbləği 10 min manat təşkil edəcək.

Layihədə bəzi hallarda dövlətə qaytarılan vəsaitin və ya bərpa edilmiş ziyanın 5 faizinin də məlumat verən şəxsə ödənilməsi nəzərdə tutulur.

Bundan başqa, şəxs verdiyi korrupsiya məlumatına görə öldürülərsə, onun ailəsinə 20 min manat birdəfəlik müavinətin ödənilməsi təklif edilir.

 Şəxs məlumatla əlaqədar bədən xəsarəti alarsa, ona 10 min manat birdəfəlik müavinət veriləcək.

Oğuz