Samuxda çoban mühafizə rəisini xəstəxanalıq etdi 

Samux rayonunda 46 yaşlı Taleh Qafarovun bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.

Aug 29, 2025 - 23:51
Samuxda çoban mühafizə rəisini xəstəxanalıq etdi 

Bıçaqlanan T.Qafarov Samux rayonunda yerləşən Regional Yarımstansiyaların Mühafizə rəisidir. O, Samuxun Lək kənd sakinidir.

İlkin ehtimala görə, mühafizə rəisi ərazidə qoyun otaran çobanla mübahisə edib və nəticədə bıçaqlanıb.

Taleh Qafarov Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

46 yaşlı şəxsə ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.