"Putin, sentyabrın 1-nə qədər vaxtın var. Oyun oynayırsan?" - Makron

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinə sentyabrın 1-ə qədər vaxt verib.

Aug 30, 2025 - 00:12
"Putin, sentyabrın 1-nə qədər vaxtın var. Oyun oynayırsan?" - Makron

SAVASHMEDİA.az xəbər verir ki, Fransa prezidenti Putinin Zelenski ilə görüşdən imtina etməsinin cavabsız qalmayacağını deyib. 

"Alyaskada keçirilən sammitdə Putin Trampı Zelenski ilə görüşməyə hazır olduğuna inandırıb. Lakin az sonra Moskva belə bir görüşün niyə hələ də mümkün olmadığı ilə bağlı izahatlar axtarmağa başlayıb. Sentyabrın 1-nə qədər görüş razılaşdırılmasa, bu, prezident Putinin prezident Trampa qarşı oyun oynaması anlamına gələcək. Biz bunu cavabsız qoymayacağıq", - Makron vurğulayıb.

Onun sözlərinə görə, o, yaxın vaxtlarda Amerika lideri ilə bu məsələni müzakirə etmək niyyətindədir: “Prezident Trampla əlaqə saxlayacağam  Əgər gələn həftə də Putin vədlərini yerinə yetirmək istəməsə, ilkin və ikinci dərəcəli sanksiyaların tətbiqinə çağıracağıq”.

Oğuz