Lukaşenko müxalifət liderini Trampın xahişi ilə azad edib

Belarus Prezidenti Aleksandr Lukaşenko müxalifət lideri Sergey Tixanovskini ailəsinə qovuşması üçün humanitar səbəblərdən azad etmək qərarına gəlib.

Jun 21, 2025 - 22:37
Lukaşenko müxalifət liderini Trampın xahişi ilə azad edib

Bu barədə Belarus liderinin mətbuat katibi Natalya Eysmont "RİA Novosti"yə bildirib.

O qeyd edib ki, dövlət başçısı amerikalı həmkarı Donald Trampın xahişi ilə 14 nəfəri əfv edib .

“Naşa Niva” nəşrinin daha əvvəl yazıb ki, müxalifətçinin azadlığa buraxılması Belarus hakimiyyəti ilə iyunun 21-də Minskə səfər edən və Lukaşenko ilə görüşən ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq arasında aparılan danışıqlar nəticəsində mümkün olub. (publika)