Kılıçdaroğlu Özgür Özellə razılığa gəldi - Danışığın MƏTNİ
“Özgür Özellə Kamal Kılıçdaroğlu arasında telefon danışığı olub”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Kamal Kılıçdaroğlunun mətbuat katibi Atakan Sönmez deyib.
A.Sönmez qeyd edib ki, danışıq zamanı tərəflər qurultaya getmək qərarına gəliblər:
“Bir az öncə cənab Özellə cənab Kılıçdaroğlu telefonla danışdılar. Danışıq zamanı Kılıçdaroğlu partiyanı ən uyğun vaxtda qurultaya aparmaq niyyətində olduğunu qarşı tərəfə çatdırdı. Ö.Özel isə öz istəklərinin də bu yöndə olduğunu, Kılıçdaroğlunun niyyətindən məmnun qaldığını dedi. Məsələni həmkarları ilə də müzakirə etdikdən sonra Kılıçdaroğluya cavab verəcəyini bildirdi”.
Xatırladaq ki, dünən Ankara Məhkəməsi Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. Kamal Kılıçdaroğlu isə partiya sədri vəzifəsinə geri qaytarılıb.
Banu