Dünya çempionu FİDE prezidentini istafaya çağırdı

Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen FİDE-nin (Beynəlxalq Şahmat Federasiyası) prezidenti Arkadi Dvorkoviçi istefaya çağırıb.

Feb 4, 2025 - 17:26
Dünya çempionu FİDE prezidentini istafaya çağırdı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə tanınmış şahmatçı “X” sosial şəbəkəsində yazıb.

Karlsen müraciətində oyunçuların məcburiyyəti, səlahiyyətlərindən sui-istifadə və vədlərin pozulması kimi ittihamlar irəli sürüb.

Dünya çempionu vaxtilə onu Nyu-Yorkda “Rapid&Blitz” oynamağa inandırmaq üçün atasına Dvorkoviçin yazdığı bu sözləri xatırladıb: “Mən, sadəcə, sizə və Maqnusa bildirmək istəyirəm ki, FİDE ilə Sərbəst Şahmat Turu arasında tanınma ilə bağlı nə baş verirsə-versin, bu, oyunçulara heç bir şəkildə təsir etməyəcək. Onlar öz qərarlarını sərbəst verə bilərlər və FİDE heç bir mənfi addım atmayacaq”.

Karlsen bildirib ki, sonradan Dvorkoviç “Şura mənim sözümü yerə salsa, istefa verəcəyəm” sözlərini də əlavə edib. 

“Oyunçuları yolverilməz imtinanı imzalamağa məcbur etməklə siz vədinizi yerinə yetirmirsiniz. Siz istefa verəcəksinizmi?”, - deyə Karlsen sual edib.  

Xatirə SADİQ