Aqil Abbas o sözünə görə üzr istədi - "Sahibə xanım düz deyirdi"

Milli Məclisin spikeri Sahibə Qafarova Aqil Abbasa irad bildirərək, "arvad boğuşması, arvad davası, bu, parlament sözüdür?" - deyə soruşub.
SAVASHMEDİA.az xəbər verir ki, globalinfo.az-a danışan Aqil Abbas spikerin haqlı irad bildirdiyini qeyd edib:
"Əslində, Sahibə xanım düz deyir. İradı normal qəbul edirəm. Doğrudan da, o söz parlamentdə deyilməli deyildi. Sadəcə, çıxış zamanı fikrimi yazıçı kimi dilə gətirmişəm. Mənim o sözümü təhqir bilənlərdən üzr istəyirəm".
Xatırladaq ki, "arvad" sözü vaxtaşırı narazılığa, tənqidə səbəb olur.