Türkiyənin məşhur şərhçisi “Qarabağ”a görə Azərbaycana gəldi - FOTO
Türkiyənin məşhur futbol şərhçisi və aparıcısı Ertem Şener Azərbaycana gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, şərhçinin səfərinin səbəbi “Qarabağ” – “Çelsi” matçıdır.
E. Şener 3 gün - 4, 5, 6 noyabrda SPORT TV və TVNET SPORT ekranlarında matçla bağlı canlı analizlər edəcək.
Qeyd edək ki, Ertem Şener BEYAZ TV-də “Beyaz futbol” verilişinin aparıcısıdır.
Xatırladaq ki, “Qarabağ” – “Çelsi” matçı sabah 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş Avstriyadan olan hakimlərə tapşırılıb. Oyunu Sebastian Gişamer idarə edəcək. Ona Roland Riedel və Santino Şreiner kömək edəcəklər. Uolter Altmann dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Manuel Şuettenqruber və Jozef Sparni olacaq.
Banu