Niyə hamı çəhrayı, təkcə Messi ağ butsda? - Argentina millisinin HİYLƏSİ + VİDEO

Argentina millisində Lionel Messinin ağ, komanda yoldaşlarının isə çəhrayı butslarla meydana çıxması azarkeşlərin diqqətini çəkib.

Jun 19, 2026 - 01:34
Niyə hamı çəhrayı, təkcə Messi ağ butsda? - Argentina millisinin HİYLƏSİ + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı maraqlı iddia yayılıb. 

İddialara görə, futbolçular oyunun gedişində Lionel Messinin yerini daha tez müəyyən etmək və topu ona ötürmək üçün fərqli rəngdə buts seçimindən istifadə ediblər.

Lakin bu versiyanı təsdiqləyən hər hansı rəsmi açıqlama yoxdur. 

Xarici mətbuatın məlumatına görə, dünya çempionatında çəhrayı butsların geniş yayılması əsasən idman brendlərinin yeni kolleksiyaları və bu rəngin meydanda daha yaxşı görünməsi ilə əlaqədardır.

Buna baxmayaraq, Messinin ağ butsları ilə bağlı yayılan nəzəriyyə qısa müddətdə futbol azarkeşləri arasında geniş müzakirələrə səbəb olub.

Səlcuq