“Qarabağ”ın futbolçuları hansı kluba azarkeşlik edir? - Şahruddindən açıqlama
“Qarabağ”ın qapıçısı Şahruddin Məğomedəliyev bildirib ki, komanda Çempionlar Liqasında Qazaxıstanın “Kayrat” klubunun çıxışlarını izləyir.
SAVASHMEDİA.az xəbər verir ki, o, rusiyalı idman müxbiri ilə söhbətində Qazaxıstan klubuna azarkeşlik etdiklərini deyib:
“Əlbəttə, biz “Qarabağ”da “Kayrat”ın Çempionlar Liqasındakı oyunlarını izləyirik və ona azarkeşlik edirik. Bu çox gözəldir: uşaqlar üçün böyük təcrübədir”.
“Kayrat” ümumi mərhələnin startında iki məğlubiyyət alıb: Lissabonun “Sportinq”indən (1:4) və Madridin “Real”ından (0:5). “Qarabağ” isə iki qələbə qazanıb — “Benfika”ya (3:2) və “Kopenhagen”ə (2:0) qalib gəlib.
Məğomedəliyev Mahaçqalada anadan olub, Dağıstan futbolunun yetirməsidir.