Ronaldo ilk milyarder futbolçu oldu

Portuqaliyalı futbolçu Kristiano Ronaldo karyerasının qürub çağında dünyanın ən varlı idmançıları sırasına daxil olub.

Oct 8, 2025 - 18:33
Ronaldo ilk milyarder futbolçu oldu

SAVASHMEDİA.az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir. 

Bu, məşhur futbolçunun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə iyun ayında 400 milyon dollar dəyərində yeni müqavilə imzalamasından sonra baş verib. 

“Bloomberg” agentliyinin milyarderlər indeksinə görə, Ronaldonun sərvəti 1,4 milyard dollara çatıb. Bu, onu belə statusa çatan ilk futbolçu edib. 

Xatirə SADİQ