Şahin Diniyevin yerinə o gətirilir - "Turan Tovuz"da gözlənilməz ayrılıq
"Turan Tovuz"un məşqçi korpusunda ayrılıq zəngi çalınıb.
Cavid Hüseynov iş yerini dəyişmək niyyətindədir.
İyundan bəri Kurban Berdiyevin köməkçisi olan mütəxəssis bu istəyi barədə klub rəsmilərini məlumatlandırıb. O, ən qısa zamanda düşərgə ilə vidalaşmaq niyyətində olmasını bildirib.
Xəbər verdiyimiz kimi, dünən Şahin Diniyev «Səbail»in sükanı arxasından ayrılıb. 2022-ci ilin dekabrından bəri «dənizçilər»i çalışdırmış Diniyevi burada məhz Hüseynovun əvəzləməsi gözlənilir.
Bu haqda xəbərlər isə yeni deyil: 2-3 aydır media mümkün əvəzləmədən yazır. Güman ki, Cavid bəyin növbəti "dayanacağ"ı Bayıl yamacı olacaq. (sportinfo)