Avropa (İT)tifaqı
“Onların vahid silahlı qüvvələri, heç vahid xarici siyasi xətti yoxdur”.
1.Yanlış quruluş
Əvvəlində iqtisadi birlik kimi yaranan Avropa İttifaqı kifayət qədər uğur qazandı. Sonradan daha artıq inkişaf iştahasına düşən ölkələr inteqrasiyanın qüvvətləndirilməsinə başladı. Siyasətçilərə elə gəlirdi ki, onlar vahid dövlət təşkil edirlər. Ümumi valyutaya keçiləndə, bu ehtimal daha artdı. Lakin hələ o vaxt bir neçə dövlət milli pul vahidini saxladı. Tam inteqrasiya alınmadı. Bəs nə alındı? Avropa bunu özündən soruşdumu?
Bir neçə il əvvəl Putin Aİ-ni yaxşıca lağa qoydu: “Onların vahid silahlı qüvvələri, heç vahid xarici siyasi xətti yoxdur”.
Çoxmillətli ölkə çoxdur. Avropa da belələrindən ola bilərdi. Bundan ötrü ayrı-ayrı ənənəvi dövlətlərin əvəzinə ərazilər, bölgələr yaranmalı idi. Lakin böyük xanlar və xırda xancıqlar öz hakimiyyətindən imtina etməzdilər. Vahid valyutaya qismən keçilməsi, sərhədlərin götürülməsi, hərdən-bir nümayiş etdirilən "qulaq kəsmək" tədbirləri yalnız gözə kül üfürmək idi.
Qorxaqcasına “Ukrayna münaqişəsi” adlandırılan rus hərbi işğalı, amansız bombardmanlar, raket zərbələri Aİ-in ayıbını açdı, şərq böyrunü çılpaq qoydu. Kremlin alman kuklası olan Merkel qitənin içinə miqrant virusu saldı. Sərhədlər şaqqaşaqla qırıldı. Avropa zəhmətkeşlərinin təri ilə toplanmış büdcə havayı yeyənlərin ağzına təpildi.
Halbuki, hər hansı birlik, ittifaq, federasiya qəti nizamnamə (konstitusiya) əsasında yaradılmalıdır. Qətilik olmayanda, masa üzərində Aİ alınır...
Altı, on beş, iyirmi dövlət öz statusundan imtina etməli, ordularını birləşdirməli idi. Çox ziyanverici “consensus” prinsipini yaxına buraxmaq olmazdı. Üzv dövlətlərin heç birində qərarlar dalana dirənən konsensus ilə qəbul edilmir. Amma ittifaq daxilində belədir. Nəticə göz qabağındadır. Bir zaman italiyalı Berluskoni, indi macar Orban Qərbin demokratiya əskikliyinin dərsini verir. Slovakiya və Polşa fərqli mövqelərdən olsa da, Brüsseli yaman incidir.
Bilməzdim ki, Aİ-nin bu qədər pulu var. Çünki Avropanın mərkəzi bankı mənə hesabat vermirdi. Lakin kimsə həmin bankdan deməli idi ki, guya qaçqın axınının qarşısını almaq üçün korrupsiyada batan dövlətlərə paylanan yüzlərlə milyon, Ukraynada hər gün dağıdılan energetika sisteminin bərpasına yönəldilən milyardlar, Avropanı sağmal inək sayan yoxsul ölkələrə edilən ölçüsüz humanitar yardımlar qurumuş quyuya su tökməkdən başqa bir şey deyil. Tezliklə müxtəlif siyasi, iqtisadi, hərbi amillərin artan təsiri nəticəsində formal Avropa evi dağılan tifaqa çevriləcək. O zaman amansız, lakın labüd iqlim dəyişikliyi də öz kəskin, qəti sözünü deyəcək. Amma Afrika, Latın Amerikası, Cənub-Sərqi Asiya 1 sent belə verməyəcək. Avropanın elə həmin Fransa, Almaniya, Belçika, Niderland və bu kimi firon ölkələri fövqəladə həyat rejiminə keçəcək.
Məkan məlum idi – Avropa. Bünövrə tamamilə çürük çıxdı. İçəriyə həm zahiri görünüşünə, həm həyat tərzinə görə hazırca avropalı olan türkləri yox, Avropa həyatına yad, Qərbin prinsiplərinə düşmən kəsilən ərəbləri, afrikalıları buraxdılar. Avropa Ərdoğandan qorxurdu, amma divarlarını Putin gedib dağıtdı. Təəssüf, lakin məsələ məhz belədir.
A.ƏZİZ,
əslən avrasiyalı.