Gürcüstan prezidenti: "Yox, mən sizi təbrik edə bilməyəcəm"

Gürcüstan prezidenti Salome Zurabişvili nümayişkaranə şəkildə gürcü diplomatlarını peşə günü münasibətilə təbrik etməkdən imtina edib. 

Nov 4, 2024 - 12:17
Gürcüstan prezidenti: "Yox, mən sizi təbrik edə bilməyəcəm"

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zurabişvili sosial şəbəkələrdə yazıb.

“Mən sizi Diplomat Günü münasibətilə təbrik etmirəm!” sözləri ilə başlayan müraciətdə Gürcüstan dövlət başçısı xatırladıb ki, həmin günün 20 il öncə təsis olunması məhz onun təşəbbüsü ilə baş tutub. 

Onun sözlərinə görə, əslində Gürcüstanın dövlət xadimi, diplomatı və şairi Sulxan-Saba Orbelianinin adı və fəaliyyəti ilə bağlı olan həmin gün qürurla qeyd edilməlidir. Çünki Orbeliani gürcülərin Avropa istəklərinin, Avropa yolunun əsas fiqurlarından biri olub. 

“Amma yox və bacarmıram da! Təbrik etmək arzusu, qürur hissi yoxdur! Bu gün  hökumət arzulanan Avropa yolunu ayaqlar altında tapdalayanda və diplomatların əksəriyyəti Rusiyanın atdığı addımlara qarşı etiraz etmədiyi halda, ən azından naqolaydır”.

Gürcüstanın dövlət başçısı diplomatları susmaqda ittiham edib. “Bu vaxt siz – Gürcüstanın susqun səfirləri Brüsseldə, Vaşinqtonda və başqa neçə Avropa paytaxtında oturmusunuz və nəyə görə??? Əgər siz istefa verməyə, uca səslə (mövqeniz haqqında - red.) fərqli fikirləri bəyan etməyə və ya qeyd etməyə cəsarət etmirsinizsə, sizə nə qalır? Doğrudanmı, siz belə qorxursunuz?!

Hansı Sulxan-Saba, hansı ləyaqət, hansı peşəkarlıq?.. Məhz ölkə diplomatiyası dəyərsiz olanda dünya təhlükədədir!”.

Zurabişvili qeyd edib ki, məhz dövlətə xidmət edənlər öz şəxsi kölgələrindən qorxanda azadlıq təhlükədə olur. “Müstəqillik o zaman təhlükə altındadır ki, bizim tərəfdaşlarımıza xəbərdarlıq siqnalları göndərməli olanlar Rusiyanın hibrid hərəkətlərini görmədikləri ürlər! Onlar daşa dönüblər, yoxa çıxıblar, deşik kimi səfirliklərdə gizləniblər, heç kin onların səsini eşitmədi, seçkilərdə mühacirlərin konstitusion hüququnu qoruya bilmədilər və onlar gizlənirlər... təki onların varlığını heç kim xatırlamasa!

Tarix sizi unutmayacaq, Sulxan-Sabanı isə rahat buraxın! Onun adını çəkməklə siz onun adına kölgə salırsınız!”, - deyə Gürcüstan prezidenti vurğulayıb.

Xatir SADİQ