İsrail Qəzza şəhərinin nəzarətə götürüləcəyini təsdiqlədi
İsrailin hərbi-siyasi kabineti avqustun 8-i səhər Qəzza şəhərinin nəzarətə götürülməsi planını təsdiqləyib.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
“İsrailin Müdafiə Ordusu (İD) döyüş bölgələri kənarında mülki şəxslərə humanitar yardım göstərərkən Qəzza şəhərini nəzarətə götürməyə hazırlaşacaq”, - deyə baş nazir Benyamin Netanyahunun ofisindən verilən bəyanatda deyilir.
Agentlik qeyd edir ki, bu, Netanyahunun İsrailin bütün zolağa hərbi nəzarəti ələ keçirmək niyyətində olduğunu söylədikdən bir neçə saat sonra baş verib.
Xatirə SADİQ