Uşaqlar sosial şəbəkələrə girə bilməyəcəklər - QADAĞA

Danimarka hökuməti 15 yaşdan kiçik uşaqlar üçün bir sıra sosial şəbəkələrdən istifadəni qadağan etmək niyyətindədir. 

Oct 8, 2025 - 13:05
Uşaqlar sosial şəbəkələrə girə bilməyəcəklər - QADAĞA

SAVASHMEDİA.az “Politico”ya istinadən xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen ölkə parlamentində çıxışı zamanı bildirib. 

“Mobil telefonlar və sosial şəbəkələr övladlarımızdan uşaqlığını oğurlayır. Biz divi azadlığa buraxmışıq. Ümid edirəm ki, siz Danimarkada uşaqlarımızın qayğısını daha yaxşı çəkməyimiz üçün qanunun sərtləşdirilməsinə kömək edəcəksiniz”, - Baş nazir vurğulayıb. 

Lakin Baş nazir belə qadağanın nə ilə nəticələnəcəyinə aydınlıq gətirməyib. Maraqlıdır ki, yaş məhdudiyyəti haqqında qanun layihəsi gələn parlament ili üçün hökumətin qanunvericilik proqramında yoxdur.

Xatirə SADİQ