Fransada Baş nazirin iqamətgahı yaxınlığında partlayış oldu - TƏFƏRRÜATLAR

Bu gün səhər saatlarında Fransa Baş nazirinin rəsmi iqamətgahı olan Matinyon Sarayının yaxınlığında  park edilmiş avtomobil yanıb.

Oct 8, 2025 - 12:58
Fransada Baş nazirin iqamətgahı yaxınlığında partlayış oldu - TƏFƏRRÜATLAR

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb. 

Məlumata görə, hadisə Baş nazir vəzifəsindən istefa vermiş Sebastyan Lekornunun mərkəzi blokdan olan həmkarları ilə planlaşdırılan görüşü zamanı baş verib.

Nəşr qeyd edib ki, avtomobilin içərisində qaz balonları olsa da, onlar partlamayıb. Amma partlayış səsini kiçik aerozol balonları törədib.

Məlum olub ki, avtomobil Parisdə ictimai işıqlandırma ilə məşğul olan “Cielis” şirkətinə məxsusdur. Yanğın tez söndürülüb, alov qonşu binalara keçməyib. Xəsarət alan olmayıb.

Bu insident Fransadakı siyasi böhran fonunda baş verib. Lekornu cəmi 27 gün Baş nazir postunda qalıb. Bu, tarixdə hökumət başçısının vəzifədə olduğu ən qısa müddət olub. Lakin Fransa Prezidenti Emmanuel Makron ona danışıqları aparmaq və hökuməti formalaşdırmağa cəhd üçün ikinci şans verib. 

Xatirə SADİQ