Azərbaycanda uşaqlara ən çox bu adlar qoyulub - RƏSMİ

Cari ilin ilk 9 ayı ərzində Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

Oct 8, 2025 - 11:09
Azərbaycanda uşaqlara ən çox bu adlar qoyulub - RƏSMİ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oğlan uşaqlarına ən çox Uğur, Raul, Hüseyn, Əli, Yusif, Miran, Ömər, Ayxan, Tunar, Murad adları qoyulub. Qız uşaqlarına isə valideynlər Melisa, Zəhra, Zeynəb, Məryəm, Aylin, Nilay, Ayla, İnci, Alisa, Fatimə adlarını qoymağa üstünlük veriblər.