Restoranda ucuz salfetə atılan imza - Messinin "Barselona"ya gəlişinin HEKAYƏSİ
25 il əvvəl adi bir kağız salfetin üzərinə yazılan qısa razılaşma dünya futbolunun taleyini dəyişdi. Son günlər bu məşhur salfet yenidən diqqət mərkəzinə düşüb.
SAVASHMEDİA.az xəbər verir ki, söhbət argentinalı ulduz futbolçu Lionel Messinin "Barselona"ya transferinin əsasını qoyan həmin sənəddən gedir.
2000-ci ilin sentyabrında cəmi 13 yaşı olan Messi sınaq məşqləri üçün "Barselona"ya dəvət edilmişdi. Klubun idman direktoru Karles Reşaç gənc futbolçunun istedadından o qədər təsirlənmişdi ki, rəsmi müqavilənin imzalanmasını gecikdirməmək üçün restorandakı kağız salfetin üzərinə Messi ilə müqavilə bağlanacağına dair öhdəlik götürdüyünü yazmışdı.
Sonradan həmin salfet futbol tarixinin ən məşhur sənədlərindən birinə çevrildi və Messinin "Barselona"dakı möhtəşəm karyerasının başlanğıcı hesab olundu. Argentinalı futbolçu Kataloniya klubunun heyətində 778 oyuna çıxıb, 672 qol vurub, 35 titul qazanaraq klub tarixinin ən böyük əfsanələrindən birinə çevrildi.
Məşhur salfetin yenidən gündəmə gəlməsi isə təsadüfi deyil. Lionel Messinin 39 yaşını tamamlaması münasibətilə dünya mediası onun karyerasının ən yaddaqalan məqamlarını yenidən xatırladıb. Həmin yazılarda "Barselona" ilə ilk razılaşmanın məhz kağız salfetin üzərində imzalanması isə futbol tarixinin ən maraqlı və simvolik hadisələrindən biri kimi təqdim olunur.
Oğuz