Matç dayandırıldı, futbolçu qağayıya ürək masajı etdi - Türkiyədə + ANBAAN VİDEO
Türkiyədə həvəskar futbol liqasında keçirilən matçda maraqlı hadisə yaşanıb.
SAVASHMEDİA.az xəbər verir ki, qapıçı topu futbolçulara ötürərkən top alçaqdan uçan qağayıya dəyib.
Güclü top zərbəsi alan qağayının ürəyi dayanıb. Hakim oyunu dayandırıb. Futbolçulardan biri təcili qağayıya ürək masajı edib.
Qağayını həyata qaytardıqdan sonra meydançadan çıxararaq komanda həkiminə verib.
Bu anlar azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.
Banu