Aİ liderləri Orbanı zalda təcrid edəcəklər – “Bloomberg”

Avropa İttifaqının (Aİ) bəzi liderləri Macarıstanın baş naziri Viktor Orbanın gələn həftə Budapeştdə keçiriləcək zirvə toplantısını boykot etməkdən vaz keçiblər.

Nov 1, 2024 - 17:57
Aİ liderləri Orbanı zalda təcrid edəcəklər – “Bloomberg”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyə görə, onlar boykotla bağlı addımı Macarıstan baş nazirinin Rusiya və Çinə səfərləri, eləcə də ABŞ-də keçiriləcək prezident seçkilərində qalib gəldiyi təqdirdə, Donald Trampı dəvət etmək planına görə atmaq istəyirdilər.

LakinŞ Aİ-dəki yüksək vəzifəli məmurun sözlərinə görə, Avropa liderləri görüşün boykot olunması qərarının yaxşı ideya olmadığı qərarına gəliblər. Onların fikrincə, bu, Orbana sərf edə bilər.

Bunun əvəzində, Aİ liderləri noyabrın 8-də qeyri-formal sammitin keçiriləcəyi zalda macar baş nazirini təcrid etmək ideyasına üstünlük veriblər. 

Diplomatların sözlərinə görə, Trampın mümkün dəvəti ilə bağlı şayiələr həftələrdir gəzir və onun sammitdə iştirak edə biləcəyi fikri bəzi liderləri qəzəbləndirib.

Bundan başqa, Aİ Macarıstanın blokun digər ölkələri ilə öz planlarını müzakirə etməməsindən narazıdır. Buna parlament seçkilərindən qısa müddət sonra Orbanın Gürcüstana səfəri nümunə ola bilər. 

Halbuki Aİ seçki prosesində pozuntuların baş verdiyini bəyan etdi və onların araşdırılmasını tələb etdi. 13 Avropa ölkəsinin birgə bəyanatında Orbanın icma adından danışmaq səlahiyyətinin olmadığı xüsusilə vurğulandı.

Qeyd edək ki, Macarıstan hazırda Aİ-yə sədrlik edir. 

Xatirə SADİQ