“Kiyevə hücum Rusiyanın şüurlu seçimidir” - Kaya Kallas

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanı qətliamları dayandırmağa və sülh danışıqları aparmağa çağırıb.

Aug 28, 2025 - 12:47
“Kiyevə hücum Rusiyanın şüurlu seçimidir” - Kaya Kallas

SAVASHMEDİA.az xəbər verir ki, Kallas bu barədə X sosial şəbəkəsində yazıb.

Aİ-nin baş diplomatı qeyd edib ki, dünya sülhə gedən yol axtararkən, Rusiya buna raketlərlə cavab verir.

“Kiyevə gecə hücumu münaqişəni gərginləşdirməyin və sülh səylərinə məhəl qoymamağın şüurlu seçim olduğunu göstərir. Rusiya qətliamları dayandırmalı və danışıqlara başlamalıdır”, - deyə Kallas vurğulayıb.

Qeyd edək ki, avqustun 28-nə keçən gecə Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində Aİ-nin Ukraynadakı nümayəndəliyinə də ziyan dəyib.

Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos  da Rusiyanın Kiyevə bu kütləvi hücumunu pisləyib.

Xatirə SADİQ