Ukraynalı jurnalist azərbaycanlı həmkarlarını dəstəklədi
Ukraynanın tanınmış jurnalisti Dmitri Qordon Azərbaycan KİV-nin antiazərbaycan kampaniyasına qoşulan rus rejissoru Nikita Mixalkova cavab verdiyinə diqqəti cəlb edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Dmitri Qordon öz Telegram kanalında yazıb.
Qordon bildirib ki, Azərbaycanın Caliber.az saytının jurnalistləri Mixalkova ətraflı cavab hazırlayıb. Ukraynalı jurnalist həmin cavabdan aşağıdakı sitatı gətirib:
“Nikita Mixalkov istənilən hakimiyyətə uyğunlaşmaq istedadına malik, batmaz nomenklatura yaltağı obrazına malikdir. Biz heç nəyi unutmamışıq. Onun növbə ilə Mixail Qorbaçova, sonra Boris Yeltsinə, indi də Kremlin hazırkı rəhbərliyinə necə mədhlər oxuduğunu yaxşı xatırlayırıq. Və hər dəfə indiki iqtidarı heyranlıqla tərifləməklə yanaşı, bir vaxtlar nə təzimi, nə də yaltaqlığı əsirgəmədiyi keçmiş rəhbərə – bəlkə nəzərə alınar ümidilə – kinayəli hücuma keçmək fürsətini əldən vermirdi. Bu keyfiyyət onu təəccüblü şəkildə hər an keçmiş ağasına xəyanət etməyə və yeni hökmdara sədaqət andı içməyə hazır saray təlxəyi kimi səciyyələndirir”.
Dmitri Qordon yazıb ki, bu, həqiqətdir. “Mən dəfələrlə demişəm: Nikita Mixalkovun heyrətamiz bədən qıvraqlığına malikdir. O, həmişə hakimiyyətlə birlikdə onu (bədəni – red.) virtuoz şəkildə əyib. Necə deyərlər: ümumi partiya xətti ilə tərəddüd etdi. Hakimiyyətin dalının olduğu yerdə həmişə Mixalkovun dodaqları var”, - deyə jurnalist vurğulayıb.
Xatirə SADİQ