33 yaşlı siyasətçi Trampla döyüşmək məcburiyyətində qalacaqmı?
Qrenlandiyada keçirilən parlament seçkilərində partiyası qalib gələn 33 yaşlı Yens-Frederik Nilseni “Trampla döyüşmək məcburiyyətində qalacaq adam” adlandırılıb.
SAVASHMEDİA.az xəbər verir ki, onun haqqında Danimarkanın “Berlingske” qəzeti haqqında belə yazıb.
DR radiostansiyası qeyd edib ki, o, parlamentdə çoxluq təşkil edə bilsə (seçkilərin nəticələrinə görə onun partiyası 10 yer alır və əksəriyyət üçün 16 yer lazımdır), Qrenlandiyanın növbəti baş naziri olacaq.
“Demokratlar” partiyasının lideri Nilsen haqqında nə məlumdur?
Qrenlandiya Universitetində sosial elmlər üzrə təhsil alıb. Universitetdən sonra daşınmaz əmlak üzrə agent stajoru kimi çalışıb.
2018-2020-ci illərdə Demokratlar Partiyasının məsləhətçisi olub, 2020-ci ildə isə ona rəhbərlik edib.
2020-2021-ci illərdə Nilsen sənaye və mineral ehtiyatlar naziri olub. 2021-ci ildən Qrenlandiya Parlamentinin üzvüdür.
Nilsen təcrübəli badmintonçudur və bir neçə dəfə Qrenlandiya çempionatının qalibi olub.
Xatirə SADİQ