G7 diplomatları təcili toplandılar - Kiyevdə
G7 ölkələrinin səfirləri Rusiyanın enerji və mülki infrastruktura zərbələrindən sonra Kiyevdə bir araya gəliblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə G7 səfirləri qrupunun X səhifəsində məlumat yayılıb.
Görüşdə Ukraynanın energetika naziri Svetlana Qrinçuk və enerji sektorunun nümayəndələri iştirak ediblər.
Qeyd edilib ki, görüşdə Rusiyanın enerji və mülki infrastruktura hücumları və bundan sonrakı hücumlara qarşı mübarizə və ən aktual ehtiyacları həll etmək üçün Ukraynaya dəstək göstərilməsi müzakirə edilib.
Xatirə SADİQ