Tramp administrasiyası bunu Çinə qadağan edəcək

ABŞ prezidenti Donald Tramp Çin aviaşirkətlərinə Rusiya üzərindən ölkəsinə və geriyə uçuşlara qadağa qoyulmasını təklif edir

Oct 10, 2025 - 15:58
Tramp administrasiyası bunu Çinə qadağan edəcək

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

ABŞ prezidentinin administrasiyası hesab edir ki, Çin aviaşirkətləri Rusiya vasitəsilə uçuş vaxtını azaldır və bununla da Amerika aviadaşıyıcılarını əlverişsiz vəziyyətdə qoyur.

“Reuters” qeyd edir ki, bu təklif ABŞ-Çin ticarət müharibəsinin növbəti eskalasiyasını nümayiş etdirir. Çünki təklif Pekinin cümə axşamı nadir torpaq metalları sənayesinin ixracına nəzarəti gücləndirməsindən sonra elan edilib. Həmin nadir torpaq metalları ABŞ-nin bir sıra sahələri üçün həlledici əhəmiyyət daşıyır. 

Amerika aviaşirkətləri şoxdan Çin daşıyıcılarının ABŞ-yə gedən marşrutlarda Rusiya hava məkanından istifadə olunmasına icazə qərarını tənqid edir, çünki bu, onlara uçuş vaxtının azaldılması və yanacağın daha az istifadəsi kimi üstünlüklərə imkan verir.

Rusiya 2022-ci ilin martında Ukraynaya təcavüz etdikdən sonra Amerika aviaşirkətlərinə və bir çox digər xarici daşıyıcılara öz hava məkanında uçuşu qadağan edib. Moskva bu addımı Vaşinqtonun ABŞ ərazisi üzərindən Rusiya uçuşlarına qadağa qoymasına cavab olaraq atdığını bildirib. Çin aviaşirkətləri bu qadağa altına düşməyib və beynəlxalq marşrutlarda qeyri-Çin daşıyıcıları üzərində bazar payını artırmaq üçün bu üstünlükdən istifadə etməkdədir.

Xatirə SADİQ