İslandiyada yenidən vulkan püskürdü

İslandiyanın paytaxtı Reykyavikdən cənubda yerləşən Reykyanes yarımadasında vulkan yenidən püskürməyə başlayıb.

Nov 21, 2024 - 12:12
İslandiyada yenidən vulkan püskürdü

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “RUV” məlumat yayıb.

Gecə saatlarında yarımadada güclü təkanlar olduqdan sonra 23:14-də vulkan püskürməyə başlayıb. Bu dəfə lava axını əvvəlki püskürmələr zamanı yaşayış üçün yararsız hala düşmüş Qrindavik şəhəri istiqamətinə yönəlməyib. Yaxınlıqdakı infrastruktura da birbaşa təhlükə yaranmayıb. 

Bu püskürmə 2023-cü ilin dekabrından bəri yarımadada baş vermis yeddinci püskürmədir. Bundan əvvəlkilər avqust və iyun aylarında olub.

Xatirə SADİQ