Beynəlxalq Cinayət Məhkəməsi Trampın sərəncamını pislədi
Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi sanksiyaları pisləyib.
SAVASHMEDİA.az “İnterfaks”a istinadən xəbəbr verir ki, bu barədə ICC-nin saytında deyilir.
İCC-nin bəyanatında amerikalı prezidentin addımı məhkəmənin işinə xələl gətirilməsi kimi dəyərləndirilib.
“ICC öz rəsmilərinə sanksiya tətbiq etməyə, onun müstəqil və qərəzsiz işinə xələl gətirməyə çalışan sərəncamın ABŞ-də imzalanmasını pisləyir”, - deyə məlumatda bildirilir.
Qeyd edilib ki, məhkəmə məhdudlaşdırıcı tədbirlərə baxmayaraq işini davam etdirmək niyyətindədir.
Xatırladaq ki, Tramp ABŞ və onun müttəfiqlərinə, o cümlədən İsrailə qarşı hərəkətlərinə görə ICC-yə sansiya tətbiq edən sərəncam imzalayıb. O, bunu İCC-nin hərəkətlərinin “Birləşmiş Ştatların suverenliyinə qəsd” və “hökumətin həyati vacib milli təhlükəsizlik və xarici siyasət işinə zərbə vurması” ilə izah edib.
Roma Statutunun tərəfi olmayan Birləşmiş Ştatlar dəfələrlə bəyan edib ki, İCC-nin Amerika vətəndaşları üzərində yurisdiksiyasını tanımır.
Xatirə SADİQ