Stoltenberq maliyyə naziri olacaq?
NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Norveçin maliyyə naziri vəzifəsinə təyin olunacaq.

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “NRK” mənbələrə istinadən məlumat yayıb.
Hazırda ölkənin maliyyə naziri Truqve Vedumdur. O, parlament üzvü kimi yenidən qanunvericilik orqanına qayıtmağa hazırlaşır.
Stoltenberqin karyerası Norveçdə başlayıb. O, əslən Oslodandır və Norveç İşçi Partiyasının üzvüdür. Norveçin sənaye və energetika naziri, maliyyə naziri, baş naziri və NATO-nun baş katibi olub. 2022-ci ildə onu Norveç Mərkəzi Bankının rəhbəri vəzifəsi gözləyirdi, lakin Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzü səbəbindən onun səlahiyyətləri uzadılıdı.
Stoltenberq keçən ilin oktyabrında alyansın lideri vəzifəsindən istefa verib.
Xatirə SADİQ