Tramp onları qadın idman yarışlarında iştirakdan məhrum etdi

ABŞ prezidenti Donald Tramp transgender qadınların qadın idman yarışlarında iştirakını qadağan edən və orqanlara qanunu pozanları cəzalandırmaq səlahiyyəti verən fərman imzalayıb.

Feb 6, 2025 - 11:21
Tramp onları qadın idman yarışlarında iştirakdan məhrum etdi

SAVASHMEDİA.az bu barədə “Associated Press” agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, “Kişiləri qadın idmanına buraxma!” adlandırılan sənəd federal agentliklərə, o cümlədən Ədliyyə Nazirliyinə və Təhsil Nazirliyinə federal maliyyə alan təhsil müəssisələrində IX bölümü tətbiq etmək üçün geniş səlahiyyətlər verir. 

“Bu fərmanla qadın idmanına qarşı müharibə başa çatdı”, - deyə Tramp imzalanma mərasimində deyib. 

Ağ Evin sözçüsü Kerolayn Levitt bildirib ki, fərman “IX Bölümün vədini dəstəkləyir” və bu siyasəti pozan məktəblərə və atletika birliklərinə qarşı təcili tədbirlər, o cümlədən icra tədbirləri tələb edir. 

Sənəddə nəzərdə tuitulur ki, transgender idmançılara qadın yarışında iştirak etməyə icazə verən məktəblər federal maliyyədən məhrum edilə bilər. 

Maraqlıdır ki, fərmanın imzalanması idmandakı qızlar və qadınların Milli Gününə təsadüf edib. 

Xatırladaq ki, seçkiqabağı kampaniya dövründə Tramp dəfələrlə kişiləri qadın idmanından uzaqlaşdıracağını və transgender çılğınlığına son qoyacağını vəd edirdi. 

Xatirə SADİQ