“Tez-tez Fitsonun videomüraciətindən sitat gətirirəm”
“Gürcüstan və Slovakiyada hökumət əleyhinə etirazlar eyni əldən koordinasiya edilir”.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbəbr verir ki, bunu Gürcüstan baş naziri İrakli Kobaxidze mətbuat konfransında deyib.
Baş anzir Robert Fitsonun “xarici ekspertlərin” iştirakı ilə Ukrayna və Gürcüstandakı “rəngli inqilablara” bənzər Slovakiyada dövlət çevrilişi təhlükəsi barədə bəyanatını şərh edən Kobaxidze belə deyib: “Bu, tamamilə məntiqlidir”.
Baş nazir etiraf edib ki, tez-tez Slovakiyanın baş naziri Robert Fitsonun ölkəsində baş verən prosesləri, o cümlədən liberal faşizmin yayılmasını təsvir edən xüsusi videomüraciətindən sitat gətirir: “Onun 10 dəqiqəlik videomüraciətində təsvir etdikləri Gürcüstanda baş verənlərlə tamamilə eynidir”.
Qeyd edək ki, Slovakiya müxalifəti baş nazirin hökumətinə etimadsızlıq səsverməsi təklifini parlamentə təqdim etdikdən sonra Fitso qanuni hakimiyyətin küçə etirazları vasitəsilə devirmək planlarını açıqlayıb. Müxalifətin təklifinə səbəb hökumətin Slovakiyanın təcrid olunmasına aparan xarici siyasəti, həmçinin Fitsonun təcavüzkar dövlət olan Rusiya prezidenti Vladimir Putinlə təmasları və Slovakiyanın Avropa İttifaqı və NATO-dan uzaqlaşdırılmasına cəhdlər olub.
Xatirə SADİQ