Prezidentin İşlər İdarəsinin keçmiş əməkdaşı xəyanətdə ittiham olunur - Rusiyada

Moskvanın Lefortovo Məhkəməsi Prezidentin İşlər İdarəsinin keçmiş əməkdaşı, Plexanov Universitetinin professoru Vadim Saltıkovskini dövlətə xəyanətdə ittiham edib. 

Aug 6, 2025 - 15:34
Prezidentin İşlər İdarəsinin keçmiş əməkdaşı xəyanətdə ittiham olunur - Rusiyada

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən TASS-a bildirilib.

Sentyabrın 25-dək barəsində həbs-qətiimkan tədbiri seçilmiş professora qarşı irəli sürülən ittihamların təfərrüatları açıqlanmır. Dövlətə xəyanət maddəsi ilə işlərə adətən bağlı qapılar arxasında baxılır. Saltıkovskini ömürlük həbs cəzası gözləyir.

O, martın 1-də Rusiya Ticarət və Sənaye Palatasının Asiya və Okeaniya ölkələri ilə iqtisadi əməkdaşlıq komitəsinin sədr müavini kimi Kursk vilayətinin Ticarət və Sənaye Palatasının və Pxenyan Ticarət Palatasının onlayn iclasında iştirak edib. 

Saltıkovski müxtəlif illərdə Rusiyanın aparıcı ali məktəblərində – Moskva Dövlət Universitetində, Plexanov Universitetində, Moskva Linqvistik Universitetində rəhbər vəzifələrdə çalışıb və RUDN saytında MGIMO-nun professoru kimi qeyd edilib. Bu yaxınlarda bəzi universitetlərin saytlarından Saltıkovski haqqında məlumatlar silinib.

Saltıkovski 2003-2006-cı illərdə Rusiya Prezidentinin İşlər İdarəsində çalışıb, sonra isə Azərbaycan və MDB ölkələri üzrə ixtisaslaşmaqla Prezident Administrasiyasının xarici siyasət idarəsinin baş məsləhətçisi olub.

Xatirə SADİQ