Mask Texasdakı kosmodroma şəhər statusunun verilməsi istəyir

“SpaceX” şirkəyi Texasdakı “Starbeyz” (“Starbase”) kosmodromunun şəhər kimi rəsmən tanıması xahişi ilə sözügedən ştatın Kemeron dairəsinin hakiminə müraciət edib.

Dec 13, 2024 - 16:06
Mask Texasdakı kosmodroma şəhər statusunun verilməsi istəyir

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “SpaceX” şirkətinin səhmdarı İlon Mask “X” platformasında yazıb. 

Mask qeyd edib ki, “SpaceX” yerli hakim Trevinyodan “Starbeyz”in şəhər olmaq imkanının olub-olmadığını müəyyənləşdirmək üçün seçki keçirməsini xahiş edib. 

Onun sözlərinə görə, “Starbeyz”in birləşdirilməsi bu ərazinin inkişafı üçün zəruri olan prosesləri sürətləndirə bilər. Mask hesab edir ki, bu, artıq onu vətəni adlandıran yüzlərlə insan, eləcə də bəşəriyyətin gələcəyini kosmosda qurmağa kömək etməyə çalışan gələcək işçilər üçün dünya səviyyəli yaşayış məkanına çevirəcək.

Eyni zamanda Mask artıq yazıb ki, “SpaceX”in qərargahı rəsmi olaraq Texas ştatının Starbeyz “şəhərində” yerləşir. 

Xatirə SADİQ