Gürcülərə və ermənilərə vizasız rejim məhdudlşdırılacaq - Polşada

Polşa hökuməti Gürcüstan və Ermənistan da daxil olmaqla bir sıra ölkələrin vətəndaşları üçün vizasız rejimin məhdudlaşdırılması imkanlarını nəzərdən keçirir. 

Aug 6, 2025 - 15:59
Gürcülərə və ermənilərə vizasız rejim məhdudlşdırılacaq - Polşada

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk bildirib.

“Keçmiş sovet respublikalarının vətəndaşları məlum səbəblərə görə Rusiya kəşfiyyat xidmətləri tərəfindən casusluğa cəlb olunma baxımından xüsusilə həssasdırlar”, - deyə Tusk izah edib. 

Tusk bu açıqlamanı müxtəlif ölkələrin (Ukrayna, Belarus, Kolumbiya və başqaları – red.) 32 vətəndaşının əvvəllər Rusiya Federasiyası ilə əlaqələri və təxribat aktları təşkil etdiyinə görə saxlanılmasından sonra verib.

Gürcüstana gəlincə isə, Tusk bildirib ki, ölkəsi öz ərazisində gürcü cinayətkar qruplarının fəaliyyətindən çoxdan narahatdır.

“Gürcüstan vətəndaşlarından söhbət gedəndə, bizim ölkə [Polşa] ərazisində törədilən cinayətlərlə bağlı problemimiz var. Mən bilirəm ki, bu, gürcülərin milli xüsusiyyəti deyil, mən belə deməzdim. Amma hazırda bəzi mütəşəkkil cinayətkar qruplar fəaliyyət göstərir. Biz artıq onların bir neçəsini deportasiya etmişik. Cinayət törədən istənilən şəxs ya həbs olunacaq, ya da deportasiya olunacaq, - deyə Tusk bildirib.

Xatirə SADİQ