Trampın elçisi Parisdəki toplantını tərk etdi

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “qətiyyətlilər koalisiya”nın Yelisey sarayında keçirilən iclası təxminən 45 dəqiqədən sonra tərk edib. 

Sep 4, 2025 - 17:39
Trampın elçisi Parisdəki toplantını tərk etdi

SAVASHMEDİA.az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir. 

Yelisey sarayından bildirilib ki, hadisələrin bu gedişatı əvvəlcədən planlaşdırılıb.

“Cənab Uitkoff “qətiyyətlilər koalisiyasının” işinin bir hissəsində iştirak etdi və oradakı dövlət və hökumət liderləri qarşısında çıxış etdi. O, toplantını başqa görüş naminə tərk etməli oldu”, - deyə Makronun ofisi izah edib.

Mənbə əlavə edib ki, Uitkoff ABŞ prezidenti Donald Trampla telefon danışığı üçün geri qayıdacaq.

Ukrayna KİV-i qeyd edib ki, Uitkoffun Parisdə rəsmi Kiyevin nümayəndələri, o cümlədən prezident Volodimir Zelenski ilə görüşü planlaşdırılıb.

Xatirə SADİQ