“Biz üçüncü tərəfi təqib etmirik” - Çin Trampa cavab verdi

Pekin amerikalı prezident Donald Trampın Çin, Rusiya və Şimali Koreyanın ABŞ-yə qarşı sui-qəsd hazırladığı barədə ittihamını təkzib edib.

Sep 4, 2025 - 17:41
“Biz üçüncü tərəfi təqib etmirik” - Çin Trampa cavab verdi

SAVASHMEDİA.az bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən xəbər verir. 

“Çin hər hansı ölkə ilə diplomatik əlaqələr qurarkən heç vaxt üçüncü tərəfi təqib etmir”, - deyə XİN-in nümayəndəsi Qo Tszakun brifinqdə “Bloomberg”in sualını cavablandırıb.

Diplomat əlavə edib ki, Çin xarici qonaqları Yaponiya təcavüzünə qarşı Müqavimət Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı anım tədbirlərinə dəvət edib. Onun sözlərinə görə, “sülhsevər ölkələr və xalqlarla birlikdə” Çin “tarixi xatırlamaq və həlak olan qəhrəmanları yad etmək” məqsədi güdüb.

Qeyd edək ki, anım mərasimində əməlləri sülhsevərliklə bir araya sığmayan, hazırda Ukraynaya qarşı amansız müharibə aparan Rusiya və bu müharibədə onunla yanaşı iştirak edən Şimali Koreya liderləri də olub. 

Xatirə SADİQ