Rusiya Ukraynaya yüzlərlə raket atıb, ölənlər və yaralılar var

Rusiya PUA və çoxsaylı raketlərdən istifadə edərək Ukraynaya hava hücumu həyata keçirib.

May 25, 2025 - 12:28
Rusiya Ukraynaya yüzlərlə raket atıb, ölənlər və yaralılar var

Bu barədə SAVASHMEDİA.az Ukrayna Hərbi Hava Qüvvələrinə istinadla məlumat yayıb.

Məlum olub ki, Rusiya hücumda 9 ədəd “İskəndər-M-KN-23” ballistik raketi, 55 ədəd Kh-101 və Kalibr qanadlı raketi, Qara dəniz üzərində Tu-22M3-dən 1 ədəd X-22 raketi, Şimal istiqamətindən taktiki təyyarələrdən 4 ədəd Kh-59/69 idarə olunan raketdən istifadə edib.

Qeyd olunub ki, raket və PUA-ların bir çoxu zərərsizləşdirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynanın paytaxt Kiyev də daxil olmaqla, 30 şəhər və kəndinə ziyan dəyib.

Son məlumata görə, hücumlar nəticəsində 10-dan çox şəxs ölüb, 30-dan çox yerli sakin yaralanıb.