"Putini çox şişirtməyin, qubernator kimi bir şeydir" - NATO baş katibi

“Ukraynanın təhlükəsizlik zəmanəti olaraq öz ərazisində xarici qoşunlar yerləşdirib-yerləşdirə bilməyəcəyini Rusiya həll etmir”.

Sep 4, 2025 - 17:36
"Putini çox şişirtməyin, qubernator kimi bir şeydir" - NATO baş katibi

SAVASHMEDİA.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Praqada səfərdə olarkən bildirib.

“Axı Rusiyanın Ukraynada qoşunlar yerləşdirilməsi haqqında nə düşündüyü bizi niyə maraqlandırmalıdır? Ukrayna suveren ölkədir. Bunu o (Rusiya – red.) həll etmir. Rusiyanın bununla heç bir əlaqəsi yoxdur. Əgər Ukrayna sülh sazişini dəstəkləmək üçün öz ərazisində təhlükəsizlik zəmanəti kimi qoşunların olmasını istəyirsə, bu, onun qərarıdır. Buna başqa heç kim qərar verə bilməz”, - deyə baş katib vurğulayıb.

Rutte diqqətə çatdırıb ki, Rusiya prezidentinə çox ciddi siyasi fiqur kimi yanaşmaq lazım deyil: “Düşünürəm ki, biz həqiqətən Putini çox qüdrətli göstərməkdən əl çəkməliyik. O, Texas qubernatorudur, ondan artığı deyil. Ona görə də gəlin ona həddindən artıq ciddi münasibət bəsləməyək”.

Xatirə SADİQ